Cəmiyyət

Azərbaycanda din xadimi ramazan ayında işsiz qaldı

Ağdaş rayonunda fəaliyyət göstərən din xadimi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam hacı Allahşükür Paşazadənin ramazan ayı ilə bağlı verdiyi fətvanın tələblərini pozduğu üçün tutduğu vəzifədən azad edilib.

AzToday.Az xəbər verir ki, bu barədə QMİ Mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir: Qafqaz Müsəlmanları İdarəsi bəyan edir ki, müqəddəs Ramazan ayı ilə bağlı QMİ Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Bənzər yazılar

Back to top button