Qazpromdan xəbərdarlıq: Qətər böhranı bahalıq yarada bilər…

Print Friendly, PDF & Email

“Qətərlə bəzi ərəb ölkələri arasında başlayan diplomatik krizis dünyada maye qazın (LNG) qiymətini bahalaşdıra bilər.”

AzToday.Az xəbər verir ki, bunu “Qazprom” rəsmisi Aleksandr Medvedev deyib.

Rusiyanın paytaxtı Moskvada jurnalistlərin suallarına cavab verən “Qazprom”un direktor əvəzi A. Medvedev Qətərin dünyanın ən böyük maye qaz ixracatçılarından biri olduğunu xatırladıb.

“Ərəb ölkələri arasında yaşanan diplomatik qalmaqal qlobal LNG birjalarına mənfi təsir göstərə bilər. Amma bu istiqamətdə qəti fikir bildirmək üçün hələ çox tezdir.” – deyə Medvedev bildirib.

...