Dünya

Trampdan şok addım – Qətər əmirini Ağ evə dəvət etdi

ABŞ prezidenti Donald Trampla Qətər əmiri Təim bin Hamad əl Tani arasında telefon danışığı olub.

AzToday.Az xəbər verir ki, bu barədə Amerika mətbuatında məlumat yayılıb.

Məlumatda bildirilir ki, Donald Tramp Qətərin məruz qaldığı diplomatik qalmaqalın aradan qaldırılması üçün yaradılacaq təşəbbüsdə iştirak edəcəyini və Qətər əmiri əl Tani ilə Ağ evdə görüşə biləcəyini deyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Yəmən Qətərə qarşı sanksiyalara başlayıb. Bu diplomatik qalmaqallar zəminində Qətərin bu ölkələrdəki diplomatik korpusları ilə “Qatar” aviaşirkətinin ofisləri bağlanıb, Qətər aviareysləri bağlanıb və sadəcə S. Ərəbistanı ilə quru sərhəddi olan ölkədə ərzaq böhranı yaranıb.

Ahaber.com

Bənzər yazılar

Back to top button