Dünya

Ağ Ev açıqladı: Bayden nə üçün ilk zəngini Putinə edib?

ABŞ prezidenti Co Bayden bəzi digər dünya liderlərindən daha əvvəl Rusiya lideri Vladimir Putin ilə telefon danışığı aparıb, çünki START (Rusiya və ABŞ arasında strateji nüvə silahlarının arsenallarının qarşılıqlı azaldılmasına dair ikitərəfli müqavilə. Saziş prezidentlər Dmitri Medvedev və Barak Obama tərəfindən 8 aprel 2010-cu ildə Praqada imzalanmış və 5 fevral 2011-ci ildə qüvvəyə minib. – Qaynarinfo) müzakirə edilməsinə ehtiyac olub.

Qaynarinfo xəbər verir ki, bunu brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin ABŞ-ın bəzi müttəfiqləri və ortaqlarından daha əvvəl nə üçün Putinlə danışdığına dair sualı cavablandırarkən deyib.

Psaki START-3 Müqaviləsinin bitmə tarixinin yaxınlaşdığını və bu mövzunun müzakirə edilməli olduğunu vurğulayıb.

O, söhbət əsnasında Baydenin “Rusiya hökumətinin bildirilən hərəkətləri ilə əlaqədar ciddi narahatlıqların olduğunu açıq şəkildə ifadə etdiyini” də vurğulayıb.
Xatırladaq ki, Putinlə Bayden arasında telefon danışığı Amerika prezidentinin andiçmə mərasimindən 6 gün sonra, 26 yanvar tarixində baş tutub.

Bənzər yazılar

Back to top button