DünyaHadisə

Postsovet ölkələrindən olan kriminal avtoritetlər ABŞ-da saxlanılıb

ABŞ-da Gürcüstan əsilli 15 kriminal avtoritet saxlanılıb.

APA-nın “newsgeorgia.com” saytına istinadən verdiyi məlumata görə, Nyu-York ştatı prokurorluğu saxlanılan şəxsləri mütəşəkkil cinayətkarlıqda ittiham edir.

Polis Rusiya cinayətkar sindikatında adları hallanan keçmiş SSRİ-dən olan 33 nəfəri saxlayıb. Əməliyyatda Nyu-York ştatı polisi, Federal Təhlükəsizlik Bürosu, ABŞ immiqrasiya və gömrük nəzarəti Xidməti iştirak edib. Saxlanılanlar soyğunçuluq, dələduzluq, narkotik və odlu silahla bağlı cinayətlərdə, o cümlədən sifarişli qətllər törətməkdə ittiham olunur. Sindikat üzvləri Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Florida və Nevada ştatları daxil olmaqla, bir müxtəlif ştatlarda fəaliyyət göstəriblər. Saxlanılanların hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.

27 nəfərin Rajden Şulaya və Zurab Canaşvilinin başçılıq etdiyi qruplaşma ilə bağlı olduğu deyilir. 18 nəfər artıq məhkəmə qarşısına çıxıb. Digərlərin məhkəməsi isə yaxın günlərdə keçiriləcək.

Bənzər yazılar

Back to top button