Tanınmış hüquqşünasdan həyəcan təbili: Bakıda apteklərdə narkotik satılır

Print Friendly, PDF & Email

Bakı şəhərindəki apteklərdə narkotik tərkibli dərman preparatları satılır.

AzToday.Az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov bu barədə sosial şəbəkədəki səhifəsində paylaşdığı video-çarxda məlumat verib.

Dərmanların satıldığı aptekin qarşısında 0.30 saata yaxın müşahidə aparan və bunu videoya çəkən Aslan İsmayılov bu vaxt ərzində həmin aptekə yüzə yaxın cavan oğlanın girib-çıxdığını bildirir.

Aptekə gedərək həmin dərmandan şəxsən alan hüquqşünas aptek əməkdaşına öz iradını bildirir. İsmayılov dərmanlarla bağlı təhlükəyə diqqəti cəlb edərək bu preparatların kəskin asılılıq yaratdığını vurğulayır.

Paylaşdığı video-çarxda respuklika prokuroru Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova müraciət edən Aslan İsmayılov təhlükə barədə lazımi tədbirlər görülməsini istəyib.

Həmin video-çarxı oxucularımıza təqdim edirik:

...