Dünya

Xuruşovun nəvəsi qatarın altında qalaraq faciəvi şəkildə öldü

SSRİ-nin rəhbərlərindən biri olmuş Nikita Xruşovun nəvəsi 1940-cı il təvəllüdlü Yuliya Xruşova Moskvada faciəvi şəkildə ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, 77 yaşlı qadın “Solneçnaya” stansiyasında “Vnukovo-Moskva” marşrutu üzrə hərəkət edən elektrik qatarının altına düşərək hadisə yerində keçinib.

İnsidentin təfərrüatları açıqlanmır.

Xruşova Yuliya Leonidovna 1940-cı ildə gələcəkdə SSRİ-nin Sov.İKP MK Baş katibi olacaq Nikita Serqeyeviç Xruşovun oğlu Leonid Xruşovun ailəsində dünyaya gəlib. Leonid Xruşov itkin düşdükdən sonra Nikita Xruşov nəvəsini övladlığa götürüb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button