CəmiyyətMədəniyyət

Rəşid Behbudovun qızı Azərbaycan mediasına haqqına tüpürdü: “Ayıb olsun”

9 iyun tarixi Azərbaycanın korifey sənətkarı, dahi Rəşid Behbudovun vəfat etdiyi gün idi. 14 dekabr 1915-ci ildə anadan olan Rəşid Behbudov 9 iyun 1989-cu ildə, 73 yaşında bu dünyaya gözlərini əbədi yumub. Təəssüflər olsun ki, dünənki tarix çoxları tərəfindən unuduldu, vəfat etdiyi gün Rəşid Behbudovun xatirəsi yad edilmədi. Yaranmış bu xoşagəlməz vəziyyət Rəşid Behbudovun qızı Rəşidə Behbudovanı yaman qəzəbləndirib. O, buna öz etirazını sosial şəbəkədə bildirib.

AzToday.az moderator.az-a istinadən Rəşidə Behbudovanın yazdıqlarının tərcüməsini təqdim edir:

“Azərbaycanın bütün elektron saytlarına müraciət edirəm! İstəyirəm Sizə bir hüquqi sual verəm. Hansı əsasla, SİZ, Azərbaycanın böyük müğənnisi Rəşid Behbudovun 9 iyunda vəfat etməsinin ildönümünü qeyd etmədiniz?! Mənə cavab verin! Day.az! Vesti.az! Minval.az! Ru.oxu.az! Və başqaları, hansı ki, ola bilsin xatırlamıram, ya tanımıram. Bir çoxları, SİZ, məşhurlar ???!!! Ayıb olsun Sizlərə! Lənət şeytana, hanı Sizin vicdanınız? Siz azərbaycanlılarsız, yoxsa kimsiz? Sizə də, Sizin regional qaydaya əsaslanan qarət törənli şou biznesinizə də…

Siz, başda redaktorlarınız olmaqla….! Siz, bilmirsiniz ki, xalqımızın sevimlisi həyatdan necə, hansı hadisələrlə gedib!!! Siz, şou biznes nümayəndələrinin alt paltarlarını müzakirə edirsiniz, hələ fəxr edirsiniz ki, çılpaq döşlərinə, şalvarlarına milyonlarla baxış olub. Siz intim həyata soxulub, adamları özünüzə güldürürsünüz, bu adamlarla hesablaşmırsınız ki, onlara iyrənc qara piyar vurursunuz. Siz mənim anamın, böyük Rəşidin arvadının, həyatdan köçməsindən yazırsınız, hansı ki, bütün ömrü boyu dünyanın hər yerində görkəmli nümayəndələrlə, şahlarla, krallarla, prezidentlərlə söhbət zamanı mədəniyyətimizin təbliğatı ilə məşğul olub. Biz, ailəmiz, onun həyatdan köçməsindən sonra atamın irsini qorumaqla məşğul olmuşuq. Bütün bunlar anamın təşəbbüsü və arzusu ilə yaradılıb. Bizim böyük olmayan ailəmiz bu qiymətsiz xəzinənin saxlanmasını qarşısına məqsəd qoyub. İndi bütün TV-lərdə, məktəblərdə, kitabxanalarda, muzeylərdə, uşaq evlərində onun qiymətsiz video və audiodiskləri saxlanacaq. Məgər bu mənim dövlətimdir? Məgər bu biliyi olan mətbuatdır? Vətənin tarixinə hörməti budurmu? Mən həmişə Azərbaycan mətbuatının dostu olmuşam! Həmişə!!! İndi isə Sizi tanımaq istəmirəm!!! Siz də məni tanımırsınız! Siz hələ Vətənin səviyyəsinə çatmamısınız! Azərbaycanın! Və öz tarixinizin manqurtlarısınız”.

Redaksiyadan: Hörmətli Rəşidə xanımın yazısını tərcümə edərkən yazının üslubuna və xətalarına toxunmadan veririk.

Bənzər yazılar

Back to top button