GündəmSiyasət

“Qarabağdakı sülhməramlılar dinc həyatın bərqərar olmasına kömək üçün hazırdır”

“Qarabağdakı Rusiya sülhməramlı kontingenti ABŞ və Aİ qeyri-sabitlik səpdiyi bir vaxtda Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” sərlövhəli məqaləsində deyilir.

“İndi Brüssel öz geosiyasi ambisiyalarının qayğısına qalaraq, “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana yükləyir, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur. İndi, İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra, dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, – deyə Lavrov bildirib.

Bənzər yazılar

Back to top button