CəmiyyətHadisəManşet

136 yaşında 23-cü övladı doğulan azərbaycanlı ata (VİDEO)

Şirəli Müslimov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənmiş və 23 övlad sahibi olub.

AzToday.az xəbər verir ki, 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən Şirəli Müslümov haqqında “Şirəli dağdan endi” adlı sənədli film çəkib. 136 yaşında qız atası olub. Uzun ömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb.

Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurur. Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyati məsələlərin səhv olmaq ehtimalı da var. Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş özünün “Qafqaz xalqları və onların mədəniyyəti” əsərində Azərbaycana da xüsusi yer ayırmışdır. Həmin əsərdə 1800-ci ildə əhalinin, əsasən də, siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s. olmamasını yazmışdır. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmamasını göstərməklə, 100 ilə yaxın yaşamasını, ölüm tarixinin isə 1973-cü ilə təsadüf etdiyini də qeyd edib.

Bənzər yazılar

Back to top button