Bürclər: 12 iyun

Print Friendly, PDF & Email

Qoç – neqativ tendensiyalar güclüdür. İnsanlar qeyri-obyektiv mülahizələrə, səbirsizliyə və hövsələsizliyə meyllidirlər. Sağlam düşüncəyə zidd olsa belə, hər kəs öz mövqeyində israr etməyə çalışır.

Buğa – bütün qarşıdurma və münaqişələr kəskinləşəcək, ailə münasibətləri korlanacaq. Maliyyə mənzərəsi əlverişsizdir. Bu gün sövdələşmələrə getmək, iri bazarlıqlar etmək tövsiyə olunmur. Bundan başqa, təmirə başlamaq, başqa yerə köçmək və daşınmaz əmlakla bağlı sənədləri imzalamaq olmaz.

Əkizlər – asanından tutmuş çətininə qədər müxtəlif məsələlərin həlli üçün əlverişli gündür. Bütün çətinliklərin öhdəsində gələ biləcəksiniz. Üstəlik, seçdiyiniz üsullar səy tələb etməyəcək.

Xərçəng – həmkarlarınız və partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin hamı sizin nöqteyi-nəzərinizin düzgün olduğunu qəbul edəcək. Sadəcə olaraq, bunun geci-tezi var.

Şir – həyat potensialı yüksəkdir. Siz enerji ilə dolusunuz və özünüzü yaxşı hiss edirsiniz. Fiziki işlə məşğul olmaq, idman yarışlarında iştirak etmək olar. Bəzi Qoçları olduqca əyləncəli romantik macəra gözləyir.

Qız – günün birinci yarısında mənfi tendensiyaların təsiri çox güclü olacaq. Siz arzularınız xüsusunda hərəkət etməyə meyllisiniz. Özünüzü lazım bildiyiniz kimi aparmaq istəyirsiniz.

Tərəzi – bu, ənənələr, nəzakət normaları, hətta, bəzən qanuna zidd olsa belə. Planlaşdırılmamış xərclər mümkündür. Bir çox Buğalar pullarını tamamilə ümidsiz və perspektivsiz layihələrə qoymağa meyllidirlər.

Əqrəb – yaxınlarınızla münaqişələr ehtimalı var, sevgililər arasında küsülülük istisna deyil. Buğalar kompromisə getmək istəmirlər. Baxmayaraq ki, güzəştin vacib olduğunu öz-özlərinə etiraf edirlər. Axşam xoş sürprizlər mümkündür.

Oxatan – işlərdə problemlər mümkündür. Fikri diqqət tələb edən məsələlərə yönəltmək çətin olacaq. Üstəlik, ətrafdakılar sizin işlərinizə yersiz müdaxilələr edəcəklər.

Oğlaq – “ayı xidməti” göstərən bədxahlardan qorunmaq lazım gələcək. Daşınmaz əmlak almaq, təmirə başlamaq, biznesə pul qoymaq tövsiyə olunmur.

Dolça – çoxdan gözlədiyiniz xəbəri ala bilərsiniz. Darıxdığınız adamın özünü xatırlatması da istisna deyil. Ümumi planların, birgə fəaliyyətin müxtəlif aspektlərinin müzakirəsi üçün yaxşı gündür.

Balıqlar – gün uğurlu başlayacaq. Siz gümrahlıq və yaşam gücünüzün artdığını hiss edəcəksiniz. Səhər saatları qadınlarla ünsiyyət üçün münasibdir. Axşama doğru isə güclü cinsin nümayəndələri ilə dil tapmaq daha asan olacaq.

Milli.Az

...