Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar olub

Print Friendly, PDF & Email

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.

AzToday.Az xəbər verir ki, “Report”un məlumatına görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib.

Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev (Y.Məmmədəliyev həm də Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir)

Xatırladaq ki, bu il fevralın 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

...