AnalitikaCəmiyyət

Ermənistan üçün Qarabağa qiymət kəsildi – 8 milyard dollar

ABŞ Ermənistana 8 milyard dollar pul vermək istəyir və bu, İrəvan ziyalıları arasında ciddi qorxu doğurub.

İstiPress-in məlumatına görə, erməni politoloq Aqasi Yenokyan məsələ ilə bağlı “lragir.am” portalında bu gün yazdığı məqaləsində bildirib:

“Birləşmiş Ştatlar təkliflə çıxış edir. Onlar demokratiya, insan haqları və azad seçkilər deyil, pul – 8 milyard dollar təklif edirlər. Bu, fantastik rəqəmdir”.

Aqasi Yenkoyanın yazdığına görə, Ermənistan hökuməti ABŞ-ın bu təklifi qarşısında susub və bunu tələ sayır:

“Vaşinqton tələ hazırlayır, bir tərəfdən anlayırlar ki, nə qədər demokratiya tələb etsələr də, hakimiyyət onu təmin etmək iqtidarında deyil. Buna görə də onlar hakimiyyətin ən çox sevdiyi şeyi – pulu təklif edirlər”.

Aqasi Yenokyanın sözlərinə görə, Amerik həmin pulları Ermənistanda alternativ energetikanın tətiqi üçün verir. Bu isə Rusiya qazının Ermənistandan çıxması, nəticədə İrəvanın Kremlin təsirindən tam qurtulması deməkdir:

“Bu, bizim müttəfiqimizlə strateji maraqlara ciddi zərbə ola bilər. Qarabağ problemi və Rusiya hərbi bazası ilə yanaşı Moskva həm də bizi qaz şantajı altında saxlayır”.

Yəni Aqasi Yenokyan dolayısı ilə başa salır ki, Ermənistan bu addımı atarsa, Qarabağ məsələsində Rusiyanın dəstəyini itirəcək. Belə olan halda isə Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, müharibəni Ermənistan ərazisinə də keçirə bilər.

Neft Araşdırmaları İnstitunun direktoru İlham Şaban İstiPress-ə müsahibəsində həmin vəsaitlərlə Ermənistanı Rusiyanın asılılığından qurtarmağı mümkün sayır:

“Bu fantastik rəqəmdir. Ermənistan həmin vəsaitlə Rusiya qazından tam xilas ola bilər. Həmin pulu bir neçə istiqamətdə işlədə bilər. Birincisi, Ararat vadisində günəş enerjisi panelləri və solyar sistemlərin geniş yayılmasına vəsait yatıra bilər. Həm də Cənubi Qafqazda gücü 5 meqavaatta çatan ilk külək enerji stansiyasını da Ermənistanda qurublar, yəni bu istiqamətə d ə vəsait yatıra bilərlər. Ermənistanda çox geniş yayılmış dağ çaylarının qarşısını kəsərək kiçik SES-lər qura bilərlər. Bu pulların daha bir ünvanı kənd evlərində bioqaz stansiyalarının qurulması ola bilər”.

İlham Şabanın fikrincə, müasir dünyada alternativ enerji mənbələri ilə yanaşı qənaətcil istismar şəbəkəsi məsələsi də gündəmdədir: “Yeni texnologiyaları tətbiq etməklə sərf edilən enerjini 3 dəfəyə qədər azaltmaq mümkündür. Avropada bu məsələ 10 ilə qabaq trendə çevrildi. İndi evləri tikəndə belə əsas diqqət buna verilir”.

Bütün bunlar öz yerində, amma istənilən halda, halda Aqasi Ynekoyanın dediyinə görə, Ermənistan bu addımı atmayacaq. Çünki Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş İrəvan heç cür Moskvanın əleyhinə addım atmaz. Əks halda, it də gedər, ip də.

Bənzər yazılar

Back to top button