DünyaSağlamlıq

ÜST-dən koronavirusla bağlı bədbin açıqlama: “Ən pisi hələ qabaqdadır”

“Məhdudiyyətlərin yumşaldılması hələ heç bir ölkədə epidemiyanın sona çatması demək deyil. Epidemiyanın qarşısını tamamilə almaq üçün fərdlərdən, cəmiyyətdən və hökumətlərdən davamlı səy göstərmələri tələb olunur”.

Qaynarinfo xəbər verir ki, Bunu Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus deyib. O, bildirib ki, karantin rejimi ölkələrə epidemiyadan çıxmağa müəyyən dərəcədə kömək etsə də, təkcə bununla bitirmək mümkün deyil. Belə ki, ölkələr hər bir yoluxmanı müəyyən etməyi, test aparmağı, xəstələri izolyasiya etməyi və müalicələrini aparmağı bacarmalıdır.

“Bizə etibar edin. Ən pisi hələ qabaqdadır. Gəlin bu faciənin qarşısını birlikdə alaq. Bir çox insan hələ də bu virusu anlamır. İnkişaf etməkdə olan ölkələrin çoxu yanlış nəticə çıxartdılar, çünki bu, onlara yad olduğundan çətinliklərlə qarşılaşıblar. Və biz inkişaf etmiş ölkələri belə xəbərdar etdik ki, bu virus hətta onlardan da yan keçməyəcək. Dediyim kimi də oldu. Demişdik ki, zəngin ölkələrə də təsir edəcək. Bu da baş verdi. Gəlin bundan sonr baş verəcəklərin qarşısını alaq. Yüzlərlə, minlərlə ölüm ciddi statistikadır. Hətta 1 həyat belə dəyərlidir. Buna son deyək”, – deyə Tedros Adanom Qebreyesus bildirib.

Bənzər yazılar

Back to top button