GündəmHadisə

Zaur Hüseynovun “Yaşıl Məkan” restoranından şikayət var

Yasamal rayonu ərazisində yerləşən “Yaşıl Məkan” restoranının fəaliyyəti ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

Bu barədə infoAZ.org-a müraciət edən sakinlər bildirir ki, yaşayış binalarının yaxınlığında inşa edilən restorandakı hay-küy onların rahatlığıbı pozub:

“Artıq neçə müddətdir ki, evimizdə rahat otura bilmirik. Bir də görürsən restoranın müştərilərindən kimsə sərxoş halda ucadan küçə söyüşləri söyür. Yaxud da restoranda musiqinin səsi gücləndirilir. Adama elə gəlir ki, çal-çağır elə evin içindədir. Dəfələrlə müvafiq qurumlara şikayət etmişik. Lakin tədbir görən yoxdur. Eşitmişik ki, restoran hansısa yüksək vəzifəli şəxsindir. Lakin dəqiq bilmirik ki, kimindir”.

Məlumatda iddia edilir ki, restoranın sahibi Bakı Metropoliteninin rəisi Zaur Hüseynovdur. Lakin o da ola bilər ki, kimlərsə Zaur Hüseynovun adından istifadə edir.

İnfoAZ.org məsələ ilə bağlı Bakı Metropoliteninin rəisindən mövqe öyrənməyə çalışsa da, mümkün olmayıb.

Bənzər yazılar

Back to top button