Bizim seçimManşet

Həyəcan siqnalı! Ordumuz 5 min nəfərlik şəxsi heyət və 250 döyüş texnikası ilə hərəkətə keçdi (VİDEO)

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.

AzToday.Az xəbər verir ki, bu barədə Müdcafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Əlahiddə Ümumqoşun Ordunun, müxtəlif güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri təlimin ssenarisinə əsasən “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib, bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün müvafiq tədbirlər görülüb.

5000 nəfərədək şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyun ayının 16-dək davam edəcək.

Bənzər yazılar

Back to top button