“Fətullahçı terror örgütü”nün Azərbaycan üzrə məsul şəxsi yaxalandı

Print Friendly, PDF & Email

FETÖ-nün (“Fətullahçı terror örgütü”) Azərbaycan üzrə məsul şəxsi, Türkiyənin Malatya Cümhuriyyət Prokurorluğu tərəfindən axtarılan şəxs İstanbulda yaxalanıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxsin adı, soyadı açıqlanmır, M.M. olaraq göstərilir.

Malatya Valiliyinin fövqəladə vəziyyət üzrə bürosundan verilən açıqlamada deyilir ki, həmin şəxs İstanbulda yaxalanaraq Malatyaya aparılıb. Şübhəli polisdə dindirildikdən sonra növbətçi məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Malatya həbsxanasına yerləşdirilib. Açıqlamada Malatyada FETÖ-çuların həbsinin davam etdiyi bildirilir. Saxlanılanlar arasında keçmiş müəllimlər və tələbələr də var. Onların barəsində dəlil kimi fətullahçıların bir-biri ilə gizli xəbərləşmək üçün yaratdıqları ByLook messengerindən istifadə etmələri göstərilir.

Xatırladaq ki, bu günlərdə Azərbaycanda FETÖ-çu olmaqda ittiham edilən 3 Türkiyə vətəndaşının yaxlanaraq bu ölkəyə ekstradisiya olunduğu məlum olmuşdu.

...