Hadisə

Prezident Yanında Əfv Komissiyasının üzvündən maraqlı təklif

“Qoruyucu vasitələrin pulsuz verilməsi ilə bağlı kampaniyaya başlanılması yaxşı olar”.

Bunu Qaynarinfo-ya açıqlamasında Prezident Yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, özəl sektorlar və xeyriyyəçilər bu prosesə cəlb olunmalıdr:

“Məlumata görə, həkimlərimizin 8%-i virusa yoluxub. Bu, kiçik rəqəm deyil. Həkimlər sıradan çıxandan sonra bizi kimlər müalicə edəcək? Bu, böyük rəqəmdir. Bu baxımdan hesab edirəm ki, qoruyucu vasitələrin pulsuz verilməsi ilə bağlı kampaniyaya başlanılması yaxşı olar. Bu prosesdə özəl sektorla vətəndaş cəmiyyətinin nümayəndələri ayrı-ayrı xeyriyəçilərin iştirakı arzu olunandır. Araşdırmalar göstərir ki, maska taxanlar 5 %, taxmayanlar isə 95 % virusa yoluxub. Bunların hər biri aparılan tədqiqatların nəticəsidir”.

Əliməmməd Nuriyevin fikrincə, hökümət koronavirusla bağlı hər şeyi şəfaf aparmalıdır:

“Avadanlıqları kim alır? Hansı şirkət, hansı qiymətə gətirir? Yaxud testlər harada, hansı klinikada keçirilir? Onları kimə və hansı qiymətə başa gəlir? Çünki testlərin keçirilməsinin bir neçə klinikaya həvalə edilməsi manapoliyadır. Hesab edirəm ki, burara ciddi dəyişikliyə ehtiyac var”.
Əliməmməd Nuriyev hesab edir ki, həyata keçirilən tədbirlər nə qədər şəffaf olacaqsa, etimad bir o qədər yüksək olacaq.

Bənzər yazılar

Back to top button