Dünya

Türkiyədə canlı bomba jileti və partlayıcılar olan azərbaycanlı qadın İŞİD-çilər ələ keçdi

Türkiyənin Suriya ilə sərhəd Kilis bölgəsində üzərlərində çoxlu miqdarda partlayıcı maddə və canlı bomba jileti olan 5 İŞİD üzvü yaxalanıb. Onlardan 3-ü Azərbaycan vətəndaşıdır.

AzToday.Az-ın məlumatına görə Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorçular İmanlı kəndi yaxınlığında polis və jandarma qüvvələrinin birgə keçirdiyi əməliyyatda yaxalanıb. Bunlar Azərbaycan vətəndaşları, 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova və 42 yaşlı Nazənin Zeynalova, habelə 44 yaşlı Anaçtaçnır Pozdiva və Bosniya hökuməti tərəfindən axtarılan 37 yaşlı Begzat Şapiçdir. Terror təşkilatı mənsubları polisdə dindirildikdən sonra çıxarıldıqları növbətçi məhkəmə tərəfindən onların barəsində həbs qətimkan tədbiri seçilib. Türkiyənin təhlükəsizlik qüvvələri həmin İŞİD-çilərin bölgədə intiharçı terror hücumu planlaşdırdıqlarını ehtimal edilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button