Bizim seçimDünyaManşetSiyasət

Kürd siyasətçidən etiraf – Super güclərin Türkiyə üzərində oynadığı oyunlar

Türkiyədə separatçı kürlərin dəstəklədiyi Xalqların Demokratiya Partiyasının (HDP) funksioneri Əhməd Türk şok açıqlamalar edib.

AzToday.Az xəbər verir ki, Şimali İraq kürdlərinin xəbər saytı “Rudaw”a açıqlama verən Türk, HDP-lilərin paytaxt Ankarada xarici ölkə səfirləri ilə görüşdüklərini deyib. Partiya funksioneri, xarici ölə səfirlərinin onları müxtariyyət tələb etməyə təşviq etdiklərini bildirib.

“Görüş vaxtı bir çox məsələni müzakirə edirdik. Həmişə, niyə müxtariyyət istəmədiyimizi soruşurdular.”

Əhməd Türk super güclərin öz mənfəətləri istiqamətində hərəkət etdiklərini vurğulayıb.

“Onlara güvənmək olmaz. Türkiyəni Yaxın Şərqdə ən böyük söz sahibi ölkə kimi görürlər və kürdlərə görə Türkiyə ilə münasibətlərini kəsməzlər. İndi kürdlərə dəstək verirlər, amma 4 il sonra necə bir siyasət izləyəcəklərini bilmək olmaz. Kürdlərin daxildə bir statusu olmalıdır. Sözün düzü kürdlər dövlət quracaq qədər təşkilatlanmayıblar.”

Xatırladaq ki, bundan əvvəl HDP millət vəkili Altan Tan açıqlama verərək 2015-ci ildə Türkiyənin cənub şərqində yaşanan “xəndək” terror hadisələrinin “naməlum yerdən gələn” təlimatlarla başladıldığını etiraf etmişdi.

Bənzər yazılar

Back to top button