Dünya

Körfəzdə sular isindi – İran və Çin hərbi dəniz donanması hərəkətə keçdi…

İran hərbi dəniz donanması ilə Bəsrə körfəzində olan Çin hərbi dəniz donanmasının bir qrup hərbçisi hərbi təlimlərə başladı.

AzToday.Az xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi xəbər agentliyi “İRNA” yayıb.

Məlumatda bildirilir ki, İranın Bəndər Abbas limanı şəhəri sahilində keçirilən təlimlərdə Çin hərbi dəniz qüvvələrinə aid 1 kreyser, 2 qırıcı və helikopter gəmisindən ibarət donanma, həmçinin İran hərbi dəniz qüvvələrinə aid döyüş gəmiləri, helikopterlər və 700-ə yaxın şəxsi heyət iştirak edir.

Hərbi təlimlərin başa çatmasından sonra Çin hərbi dəniz donanması heyətinin bölgədən ayrılaraq Omana gedəcəkləri bildirilir.

Bənzər yazılar

Back to top button