CəmiyyətHadisə

Ünvanlı sosial yardımı necə almaq olar? – Vətəndaşlar üçün video-bələdçilər hazırlanıb

Vətəndaşlar ünvanlı sosial yardım alınması, fərdi evlərin tikilməsi, əlillik dərəcələrinin verilməsi məsələləri ilə bağlı qaydalar, prosedurlar, sənədlər barədə ən kiçik detallara qədər bu video-bələdçilər vasitəsilə öyrənə bilərlər.

Bu video-bələdçilərlə, eləcə də ünvanlı sosial yardım alınması və əlillik dərəcələrinin verilməsi məsələləri ilə bağlı www.e-vetendash.az, saytında və https://www.facebook.com/evetendash/ Feysbuk səhifəsində tanış ola bilərsiniz.

Ünvanlı sosial yardım alınması və əlillik dərəcələrinin verilməsi məsələləri ilə bağlı video-bələdçilərdə mövcud qaydaları BDU-nun hüquq fakultəsinin müəllimi, elmlər doktoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Komitənin sədri Mais Əliyev izah edib.

Fərdi evlərin tikilməsi ilə bağlı prosedurlar isə Hüquqşünas, AR Vəkillər Kollegiyasının üzvü Ağaşirin Ələkbərov tərəfindən izah olunub.

Hər üç video-bələdçidə ekspertlər sadə, anlaşılan formada, addım-addım hansı işlərin görülməli olduğunu və mövcud qanunvericiliyin tələblərini şərh edirlər.

Həmçinin, e-vetendash.az saytının aşağıdakı faydalı məlumatları öyrənə bilərsiniz:

İlk növbədə “Onlayn hüquqi məsləhət” ala bilərsiniz. Saytda “Təcrübəni bölüş”, “Şikayətini bildir”, “Qanunvericilik”, “Ən çox verilən suallar” rubrikaları yaradılıb. Eyni zamanda “Fərdi evlərin tikintisi”, “Ünvanlı dövlət sosial yardımını necə almaq olar?”, “ Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması” bölmələri yaradılıb.

Vətəndaşalrın fərdi evlərin tikintiis ilə bağlı məlumalandırılması üçün ardıcılıqqla mövcud qanunvericilik 8 addım-da sadə şəkildə izah olunub. Bütün prosedurlar göstərilib.

Ünvanlı dövlət sosial yardımını necə almaq olar? – bölməsində Sоsial yardımın təyin оlunması və vеrilməsi qaydası – 9 addımda izah olunub.

“Ən çox verilən suallar” bölməsində ən çox verilən sual və cavablar yerləşdirilib.

Eyni zamanda Əlillik dərəcəsinin verilməsi ilə bağlı yeni prosedurlar, Güzəştli mənzillərin kimlərə və hansı şərtlərlə verilməsi ilə bağlı məlumat və qrafik təsvir yerləşdirilib.

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərlə bağlı qanunveircilik sadə dildə şərh olunub.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu video-bələdçilər və e-vetendashşaz saytı İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyinin eksperti Vüqar Hüseynov ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “e-vetendash.az onlayn platformasının yaradılması” adlı xidmət çərçivəsində hazırlanıb.

Bənzər yazılar

Back to top button