Dünya

Portuqaliyada matəm elan edildi

Portuqaliya höküməti ölkədə meşə yanğınları nəticəsində baş verən ölüm hadisələri ilə əlaqədar 3 günlük matəm elan edib.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Koimbra şəhərinin Pedroqao Qrand bölgəsində meşədə baş verən yanğın nəticəsində 62 nəfər dünyasını dəyişib, 50 nəfər isə yaralanıb. Ölən və yaralananların sayının artacağı bildirilir.

Bənzər yazılar

Back to top button