Bizim seçimGündəmHadisəİqtisadiyyatManşet

Vahid Mustafayev ANS-dən danışdı: Heç kim narahat olmasın!

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev mətbuatda özü barədə çıxan xəbərlərə reaksiya bildirib.

AzToday.Az xəbər verir ki, V. Mustafayev bu barədə sosail şəbəkədəki şəxsi səhifəsində yazıb. ANS Şirkətlər Qrupunun saat kimi işlədiyini deyən şirkət rəhbəri barəsində məqalə yazanları obyektiv və qərəzsiz olmağa səsləyib. “ANS-in keçmiş prezidenti” fikri ilə razılaşmayan Vahid Mustafayev, özünün hazırda da ANS ŞQ-nin prezidenti olduğunu xatırladıb.

Həmin statusu oxucularımıza təqdim edirik:

“HEÇ NƏYƏ BAXMAYARAQ ANS ŞİRKƏTLƏR QRUPU SAAT KİMİ İŞLƏYİR!!!

Bu gün Bakida 28 May küçəsində VMF Şirkəti, Azərbaycanda …-nun eksklyuziv Distribyutoru – Yeni … dükanı açdı! Vahid Mustafa yev də həmin tədbirə qatıldı ki, təbrik etsin həmkarlarını! Bu barədə pressa məgalələr yazdı. Normal məqalələrdi – həmişə yazdıqlarından fərqlənməyən bir yazılar – sadəcə Vahid müəllimin vəzifəmi “ANS-in keçmiş Prezidenti adlandırdılar… 🙂 Hörmətli məqalə yazanlar – Sizin obyektiv və qərəzsiz olmağınız üçün xatırlatmaq istəyirik ki, ANS Şirkətlər Qrupunu Vahid Mustafa yev yaradıb və ən azı bu səbəbdən o “keşmiş” Prezident ola bilməz!!! Ən azı bilirsiniz ki – hadisə sahibi VMF-in özü də onun rəhbərlik etdiyim ANS Şirkətlər qrupunun – bir şirkətidi! ANS şirkətlər Qrupuna daxil olan 1-2 şirkətin sadəcə müvəqqəti yayim lisenziyası alınıb – amma bütün digər Şirkətlər və yaranan yeni qurumlar çalışır və Vahid Mustafa yev də onların inkişafına müvəffəqiyyətlə rəhbərlik edir və edəcək in şa Allah!!! Heç kim narahat olmasın!  :-)”

Bənzər yazılar

Back to top button