İdman

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi məlum oldu

Bu gün İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün Çempionlar Liqasın birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Son Azərbaycan çempionu “Qarabağ” ikinci təsnifat mərhələsində turnirə qoşulacaq.

Ağdam təmsilçisinin rəqibi Gürcüstanın “Samtredia” klubu olub. Qarabağ ilk oyununu evdə keçirəcək.

İkinci mərhələnin matçları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

Bənzər yazılar

Back to top button