Dünya

“Vaqner” lideri olmadan da həddindən artıq təhlükəlidir – ABŞ

Çərşənbə axşamı ABŞ-ın qlobal cinayət mühakiməsi məsələləri üzrə səfiri Bet Van Şaak bildirib ki, Vaşinqton hələ də Yevgeni Priqojinin ölümünün məhz necə baş verdiyini “aydınlaşdırmağa çalışır”.

“Görünür, təyyarənin bortunda onun qəzaya uğramasına gətirib çıxaran hansısa partlayıcı qurğu var idi. Biz bunu kimin etdiyini yalnız təxmin edə bilərik, amma düşünürəm ki, zamanla hələ məlumatlar ortaya çıxacaq”, deyə o, Turan-ın müxbirinin Priqojinin təyyarəsinin necə vurulduğu haqqında sualına cavabda bildirib.

Vaşinqtonun Ukraynadakı cinayətlərə görə Rusiyanın məsuliyyətə cəlb edilməsi üzrə səylərinə toxunan səfir bildirib ki, bu cinayətlərin dəlilləri Beynəlxalq Cinayət Məhkəməsinə göndərilib.

Özəl hərbi şirkət olan “Vaqner”ə gəlincə, Van Şaak hesab edir ki, “bu təşkilat lidersiz qaldı, bu da həddindən artıq təhlükəlidir”.

“Vaqner üzvlərinin peyda olduğu hər yerdə müsibətə səbəb olur. Malidə, Mərkəzi Afrika Respublikasında, Liviyada, Suriyada və digər yerlərdə belə olub. Biz “Vaqner”in üzvlərinin mülki əhalinin hüquqlarını kobud şəkildə pozması hallarının şahidi olmuşuq. Onlar harada peyda olsa, orada ölüm və dağıntılar olub”, deyə səfir qeyd edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button