Zakir Həsənov Rusiya, ABŞ və Fransadan olan nümayəndələrlə cəbhədəki vəziyyəti müzakirə edib

Print Friendly, PDF & Email

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

AzToday.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, general-polkovnik Zakir Həsənov iyunun 19-da İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.

...