SiyasətXəbərlər

Erməni politoloqların müharibə təlaşı: “Azərbaycana sanksiya tətbiq edilsin”

Manvel Sərkisyan həyasız iddia: Azərbaycan status-kvonun dəyişdirilməsini istəyirsə o zaman “DQR”-in müstəqillyini tanısın

Son günlərdə cəbhədə baş verən hadisələr, verilən itkilər Ermənistan ordusunun əslində nə qədər aciz və zəif vəziyyətdə qaldığını nümayiş etdirdi.

Ölən erməni əsgərlərinin qonşu ölkədə yaratdığı təlaşı yerli, o cümlədən Rusiya mətbuatında gedən fikirlərdən, analitik rəy və mülahizələrdən görmək mümkündür.
Ermənilər indi də beynəlxalq ictimaiyyətdən mədət umur və Azərbaycana qarşı təzyiqləri gücləndirməyə çağırırlar.

Məsələn, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan estoniyalı həmkarı Sven Mikserlə görüşü zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini Azərbaycana qarşı konkret addımlar atmağa səsləyib.

Mətbuat bu tip bəyanatın Edvard Nalbandyanın dilindən son 10 gündə 3-cü dəfə səsləndiyinə diqqət çəkir. Erməni nazir iyunun 7-də İtaliyada, iyunun 10-da isə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri ilə görüşü zamanı onları Azərbaycanı durdurmağa çağırıb.

Erməni politoloqları xorla öz nazirlərinin dediklərini təkrarlayırlar.

“Beynəlxalq birlik situasiyanın eskalasiyasına yol verməməkdən ötrü Azərbaycana təzyiq göstərməlidir”, – Qafqaz institutunun direktor müavini Sergey Minasyan qeyd edir.

Minasyan Azərbaycana siyasi təzyiq üsullarından əlavə iqtisadi sanksiyaların da tətbiq olunmasının vacibliyini vuröulayıb. Buna rəğmən erməni politoloq Azərbaycana qarşı silah embarqosunun tətbiqinin mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.

“ Həm ABŞ, həm də Avropa Birliyi münaqişə tərəflərinə silah tədarükünə yönəlik qeyri-formal embarqonu qoruyub saxlayırlar. Lakin problem onların Türkiyəyə, İsrail, Pakistan və ən əsası da Rusiya kimi ölkələrə bununla bağlı təzyiq göstərmək imkanına malik olmamalarındadır”,- Minasyan söyləyib.

Erməni politoloq Madrid prinsiplərinin müzakirə olunmasının və ya siyasi nizamlama ilə bağlı aparılacaq danışıqların münaqişə bölgəsində nəzarət mexanizmlərinin və müşahidəçilərinin sayının artırılmasından asılı olduğunu qeyd edib.

“Əgər beynəlxalq birlik sanksiyalar tətbiq etsəydi, Azərbaycan özünü belə aparmazdı”, – siyasi icmalçı, politoloq Stepan Səfəryan jurnalistlərlə söhbətində bildirib.

Erməni siyasət eksperti aprel ayında ABŞ və Qərbin Azərbaycana qarşı təzyiq vasitələrindən istifadə edərək Bakını müharibəni davam etdirməkdən çəkindirdiyini iddia edib. Onun fikrincə, Azərbaycan bu gün münaqişənin silahlı yolla həllini qüvvədə saxlayır:

“Hərbi embarqo regionda silahlanma yarışını dayandıra bilər. Lakin beynəlxalq birlik çətin ki, belə bir addıma getsin. Müharibə artıq bir çox ölkələr üçün biznesə çevrilib”.

Stepan Səfəryan ATƏT nümayəndələrinin son bəyanatlarını (ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrinn nümayəndələrinin mayın 18-də eskalasiyanın artmasına görə narahatlıq ifadə etdikləri və heç bir əsas olmadan Azərbaycanı qınayan bəyanat nəzərdə tutulur-red.)Azərbaycana təzyiq vasitəsi olaraq qiymətləndirilməsinin doğru olmadığını söyləyib.

Erməni strateji və milli araşdırmalar mərkəzinin direktoru Manvel Sərkisyan isə həmkarlarından bir qədər fərqli düşünür.

O, Nalbandyanın bəyanatlarını ATƏT-in Minsk qurpunun həmsədr ölkələrinin Azərbaycana qarşı ünvanladığı bəyanatın nəticəsi olduğunu bildirir.

“Bu bəyanat əslində münaqişənin nizamlanması üzrə danışıqların dalana dirənməsinin nəticəsi olaraq ortaya çıxmışdı. Görünür, ATƏT “nəsə demirsinizsə, heç olmasa bir şeylər edin” məntiqi ilə hərəkət edən erməni siysətçilərini də ürəkləndirib”.

Politoloq erməni tərəfinin bu cür mövqeyinin doğru olmadığını dilə gətirib.

“Azərbaycan həmişə status –kvonun öz nöqteyi-nəzərindən dəyişdirilməsindən danışır. Qoy elə belə də olsun-məsələn, Dağlıq Qarabağın (Qondarma respublikanın-red.) müstəqilliyinin tanınması kimi…

Erməni tərəfi sanksiyaların arxasınca qaçmaq əvəzinə status-kvonun “müstəqiliyin” tanınması olaraq dəyişdirilməsini təklif edə bilər”, – erməni politoloq qeyd edib.

Müsavat

Bənzər yazılar

Back to top button