İqtisadiyyat

ŞOK PROQNOZ: Bir ilə qədər dünyanı böyük böhran gözləyir, ABŞ və Qərb iflas edəcək

Tanınmış amerikalı investor Cim Roqers bu ilin sonuna qədər və ya gələn il misli görünməmiş böyük böhran proqnozlaşdırdığını deyib.

AzToday.Az xəbər verir ki, Roqers bu barədə “Businnes Insider”ə verdiyi müsahibədə danışıb.

“İnvestisiya karyeramda çox tez öyrəndim: Amerikada bəzi səhmlər şişirilmiş (içi boş) şara çevrilir. Şarlar çoxalıq və sistem çökəcək. Bu səbəbdən də mən Çinə köçdüm və övladlarım da çincə öyrənir. Dövlətlərin iflas etdiyini görəcəksiniz. İslandiya kimi. Bu dəfə başqa ölkələr də batacaq. Qərb mədəniyyəti çökəcək. Bu, həyatımız boyu görəcəyimiz ən böyük çökmə olacaq.”

ABŞ-dakı “Şar quruluşu”nun çökməsinin vaxtı barədə isə Roqers daha bədbin proqnoz irəli sürüb. Məşhur investor birjalardakı böyük çöküşün bu ilin axırında və ya gələcək il ərzində baş verəcəyini iddia edib.

“Çöküş, 2008 böhranında olduğu kimi gözlənilməz bir ölkədə baş verəcək. 2007-ci ildə İslandiya iflas etdi. Hamı təəccübləndi və bir çoxları, onlarda birja var idimi? – deyə soruşdu. Daha sonra İrlandiya və “Bear Sterns” çökdü. Sonra da “Lehman Brothers”. Bu işlər belədir. Həmişə gözlənilməz yerlərdə baş verir.”

Cim Roqers bildirir ki, başda ABŞ olmaqla dünyadakı borc məbləği heç bir vaxt bu dərəcə pis vəziyyətdə olmayıb.

“2008 böhranında Çinin əlində çətin günlər üçün böyük bir rezerv vardı. Çətin günlər başladı və onlar ehtiyyat pullarını xərcləməyə başladılar. Hazırda Çinə də borcu var. ABŞ mərkəzi bankının balans hesabı 2008-ci ilə görə 5 qat daha böyükdür.”

Bənzər yazılar

Back to top button