Gündəm

Ermənilərin gizlətdikləri sirr

Bu gün Ermənistana və ermənilərə yanaşmada bəzi məqamlara nədənsə diqqət ayırmırıq. Əsasən nəyə? Yəqin ki, çoxları bilmir ki, Ermənistanda yaşayanların hamısı heç də erməni deyil. Hətta Ermənistanda yaşayanların çoxları bunu bilir və susmağa daha çox üstünlük verirlər. Bunun bir səbəbi toplumun assimiliyasiya etməsi ilə bağlıdırsa, digər səbəbi qorxudur. Gəlin indi bilmədiyiniz məqamlara aydınlıq gətirək.

Erməni dediyimiz assorlar

Ermənistanın əsasən Vardenis və Razdan bölgəsində yaşayanlar milliyətcə erməni yox, assordurlar. Onların özünəməxsus bəzi bayramları var və bunu maksimum dərəcə də qapalı keçirirlər. Əslində onların ermənilərə o qədər də rəğbətləri yoxdur. Sadəcə olaraq başqa seçim imkanları yoxdur.

Erməni dediyimiz haylar

Haylara gəldik də isə onlar əsasən Eçmiədzin (Üç Kilsə) ərazisin də yaşayırlar. Haylarla ermənilər arasında hətta genetik fərqlər belə mövcuddur. Məsələn, haylar türklərə daha yaxın sayılır və onların fizoloji qruluşları da ermənilərdən fərqlidir. Bununla yanaşı hayların yerli ləhcələrin də türk sözlərinə daha çox rast gəlmək mümkündür və haylara qoyulan adlar da türk adları ilə eynilik təşkil edir. Məsələn , Subek (Subəy),Vaqram (Bəhram) və.s. kimi adları nümunə çəkmək olar.

Erməni dediyimiz ermənilər

Ermənilərin özlərinə gəldik də isə onlar bögəyə son 200-300 il ərzində gələnlərdir və onlar assorlardan və haylardan fərqli olaraq fars toplumuna daha yaxındırlar. Həmçinin ermənilər haylardan və assorlardan fərqli olaraq hər zaman fars və rus hökümdarları tərəfindən daha çox qorunublar ki, bunun da nəticəsində ermənilər hayların və assorların üzərin də tam hökmranlıq nümayiş etdiriblər. Beləliklə gördüyünüz kimi ortada maraqlı məqam var və bu məqamdan Azərbaycanın istifadə etməsinin əsl məqamıdır.

10may.az

Bənzər yazılar

Back to top button