Nazir xalqı bu günə qoyub: “Meyvəli” monopolist, bazarlarda qıtlıq, qiymətlər isə…

Print Friendly, PDF & Email

“Son illər aqrar sektora yönələn böyük məbləğdə maliyyə resurslarını və regionların inkişafı adı ilə ayrılan 50,7 milyard manat dövlət vəsaitlərini nəzərə alsaq, bu sahədə sürətli inkişaf olmalıydı. Əhali də bunun nəticəsini həm kənd təsərrüfatı məhsullarının qiymətində, həm də keyfiyyətində görməliydi. Eləcə də fermerlərin həyat səviyyəsi xeyli yaxşılaşmalıydı. Amma təəssüflər olsun ki, ölkədə bunların heç biri müşahidə olunmur. Bazarlarda yenə qıtlıqdır, qiymətlər də bahadır”.

Bu sözləri aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov yazıb.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyində guya elektron kənd təsərrüfatı hökuməti layihəsi həyata keçirilib: “Bu istiqamətə böyük məbləğdə maliyyə resursu ayrılsa da görülən iş fermerləri qane etmir.

Elektron portalda fermerləri maraqlandıran bütün məsələlər əksini tapmalıydı. İstehsal vasitələrinə olan ehtiyac, istehsal olunmuş məhsula bazardakı tələbat, məhsulun qiyməti və sair.

Fermer elektron portala daxil olub onu maraqlandıran bütün məlumatları əldə etməliydi və bunun sayəsində də fəaliyyətini düzgün tənzimləməliydi. Bunu çox asanlıqla həyata keçirmək mümkün idi”.

Ekspert deyib ki, ölkədə bazar rəqabəti yoxdur, əksinə, monopoliya var: “Bakıya girişdə “Meyvəli” satış mərkəzi yaradılıb. Hamı bilir ki, o, məmurlara məxsusdur. “Meyvəli” inhisarçı olduğu üçün göstərdiyi xidmət bahadır.
Rəqabət mühiti yoxdursa, seçim imkanı da yoxdur. Ancaq biz təklif etmişdik ki, regionlar üzrə bir neçə topdansatış mərkəzi yaradılsın.

Məsələn, Şəmkir, Göyçay rayonları pomidor-xiyar üzrə ətraf rayonları əhatələsin, deyək ki, Tovuz-Gədəbəy-Şəmkir, Cəlilabad kartof qəbulu və satışı üzrə mərkəz rolunu oynasın.

Eləcə də digər bölgələri müəyyən meyvə-tərəvəz üzrə mərkəzləşdirmək tamamilə mümkündür. Fermerlərin məlumat alması da çətin məsələ deyil”.

KTN rəhbəri Heydər Əsədov bu sahəni məhv etməkdə davam edir.

Hökumətin aqrar sektora böyük məbləğdə maliyyə ayırmasına rəğmən, bu sahədə müsbət dəyişiklik yoxdursa, deməli, həmin vəsaitlər fərqli formada mənimsənilib.

Müxtəlif əsassız bəhanələr gətirirlər ki, əkin sahələrini dolu vurdu, nə bilim, yağış çox yağdı və s. və ilaxır. İndi nə zamandır ki, dolu qarşısında çarəsiz qalasan?!

Rusiyada, Gürcüstanda, İranda hava şəraiti proqnozlaşdırılır və dolunun qarşısı alınır. Dolunu xüsusi toplarla vurub yağışa çevirirlər. Yağışın bolluğu isə həmişə məhsuldarlığı artırır. Kənd Təsərrüfatı Nazirliyi vəzifə funksiyasını yerinə yetirə bilmir.

Bu il əkin sahələrində aparılan pambıq səpini fermerləri, kəndliləri pərişan edib. Belə ki, əkin və səpin işləri vaxtlı-vaxtında aparılsa da toxum çıxış verməyib.

Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, toxum materialı keyfiyyətsiz olduğuna görə, on minlərlə hektar sahədə səpilən çiyid çürüyüb.

Kənd təsərüfatı naziri Heydər Əsədovun rayon icra hakimiyyətləri ilə birgə korrupsiya şəbəkəsi quraraq aqrar sektoru məhv edir.

KTN şefi aqrar sektoru məhv etməklə və fermerlərə divan tutmaqla büdcədən kənd təsərrüfatına ayrılmış milyonları yağmalayır.

ulus.az

...