AnalitikaBizim seçimManşetSiyasət

Səlim Müslümov istefaya göndərilir

Bir qrup əlili iyunun 6-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə etiraz aksiyası keçirməsi, bu zaman olaya nazirliyin əməkdaşlarının lazımi diqqət və reaksiya göstərməməsi nazir Səlim Müslümovun istefası ilə bağlı müzakirələri sürətləndirib. İnfoAZ.org-a daxil olan məlumatda deyilir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Mülümovun vəzifəsinin öhdəsindən gələ bilməməsi ilə bağlı nazirə qarşı yaranmış etimadsızlıq son mərhələyə qədəm qoyub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Mülümova hakimiyyətin ən yüksək dairələrində etimadını itməsinin aydın görüntüsü Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəni öz nəzarətini götürməsi zamanı üzə çıxdı. Qeyd edək ki, Mehriban xanım Əliyevanın ilk iclası qaçqın və məcburi köçkünlər, ikinci iclası isə aprel döyüşlərində yaralanmış hərbçilərlə bağlı oldu. Ancaq bu tədbirlərdən əvvəl də Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi sosiaal sahəyə nəzarət edəcəyini açıqlamışdı. Halbuki, bundan əvvəl cəmiyyətdə belə bir rəy vardı ki, Mehriban xanım Əliyeva elm, təhsil, qadın və gənclərlə bağlı sahələrə, yəni humnitar sahəni nəzarət edəcək. Ancaq onun məhz cəmiyyətinin ən ağrılı yerinə, sosial sahəyə nəzəarti öz üzərinə götürməsi iki məqamdan xəbər verirdi.

Birinci, sosial sahəyə nəzarətin Birinci vitse-prezidentin öz üzərinə götürməsi sosial sahəyə cavabdeh şəxsləri öz vəzifələrinin öhdəsindən gəlməməsi anlamına gəlir. Sosial sahəyə cavabdeh şəxslərin içərisində isə öncəlik heç şübhəsiz ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə düşür.
İkinci məqam isə birinci məqamın nəticəsi olan sosial narazılıqla bağlıdır. Əlillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündəki etirazı həmin narazılıqların artıq aksiyalara çevrilməsinin göstəricisidir. Dövlət başçısına, vəzifəli şəxslərə vətəndaşlar tərəfindən ünvanlalan şikayət ərizələrinin monitorinqini və analizini aparan zaman vətəndaşların ən çox məhz sosial promlermlə bağlı şikayətçi olduğu üzə çıxıb. Halbuki, dövlət bu sahəyə külli miqdarda vəsait ayırır. Əsas problem dövlətin ayırdığı vəsaitin ünvanına gedib çatmamasıdır.
Məsələn, prezident İlham Əliyevin sosial siaysətinin əsas elementi olan Ünvanlı Sosial Yardımların yerlərdə əksər hallarda bu yardıma daha çox ehtiyacı olanlara deyil, vəzifə sahiblərinin qohumlarına verilməsi ilə bağlı çoxsaylı faktlar var. Bundan başqa ÜSY-ların verilməsinin mərkəzləşdirilməsinə və elektronlaşdırılmasına baxmayaraq bu yardımların verilməsində hələ də rüşvət amilini tam aradan qaldırmaq mümkün olmayıb.

Prezidentə və digər vəzifəli şəxslərə vətəndaşlar tərəfindən ünvanlanan şikayətlərin arasında xüsusi ağırlıq təşkil edən məqamlardan biri də əmək hüququnun pozulması ilə bağlııdır. Özəl sektorda çalışan vətəndaşlar qanunsuz işdən azad edilmə və qanuni əmək haqlarını ala bilməmələri ilə bağlı ƏƏSM yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiklkəri müraciət və şikayətlərin nəticəsiz qalması ilə bağlıdır. Yeri gəlmişkən qeyd edək ki, belə hallarla bağlı hüquq-mühafizə orqanarına edilən müraciətlərin də statistikasında artım davam edir. Məlumatlı şəxslər ƏƏSM yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin tamamilə yararsız olması, bu quruma edilən müraciətlərin çox kiçik bir hissəsinin nəticə verdiyini qeyd edirlər.

ƏƏSM yanında Dövlət Sosial Müdafiə Fondunun da faəliyyəti qəanətbəxş deyil. Vətəndaşların pensiya hüquqlarının pozulması ilə bağlı şikayətləri də bitib-tükənmək bilmir.

Bütövlükdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul olduğu bütün sahələrdə problemlər həllini tapmamaqla yanaşı, dərinləşməkdə davam etməsi ilə bağlı Prezident Adminstarsiyasında tam qənaət formalaşıb.

Səlim Müslümovun bu məsələyə görə istefasını qaçılmaz edən məqam isə “fövəqlnazir” Kəmaləddin Heydərovun karyerasının qürüb çağına qədəm qoyması ilə bağlıdır. Məlum olduğu kimi Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev kimi məmurlar “fövqəlnazir”ə yaxın hökumət üzvüləri kimi tanınır. Hakimiyyət daxilində baş verən prosesləri izləyənlər Elçin Quliyevin Sərhəd Qoşunlarının Komandanı vəzifəsindən azad edilməsindən sonra vurulma növbəsinin Səlim Müslümova çatdığını düşünürlər. Belə məlumatlar var ki, Səlim Müslümov yayın sonuna kimi istefaya göndəriləcək.

Səlim Müslümovun istefaya göndəriləndən sonra onun vəzifədə olan yaxın adamlarının da faəliyyətinə qiymət veriləcək. Hətta nazirin icra başçısı olan dayısı Ənvər Seyidəliyevlə bağlı Ağsu rayonundan edilən şikayətlərin statistikası da yüksələn xətlə artır. Ümumiyyətlə, Səlim Müslümovun klanına qarşı Ağsu rayonunda əhali arasında ciddi narazılıq var. Eyni zamanda nazirin ayrı-ayrı qohumları ilə rəsmi qurumlara edilən müraciətlər haqqında prezidentə çoxsaylı məlumatlar verilib. Məlumatlı mənbə iddia edir ki, Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev prezident İlham Əliyevin ən çox narazı olduğu icra başçılarından biridir. Hətta bir neçə ay əvvəl onu vəzifəsindən kənarlaşdırmaq niyyəti də olub, ancaq təxrə salınıb. İndi Səlim Müslümovun istefası ilə bağlı müzakirələr son mərhələyə qədəm qoyduğu bir vaxta, onun 2017-ci ilin sonunda vəzifə başında olmayacağını israrla bildirən mənbə ƏƏSMN-ə isə gənc və korrupsiyaya bulaşmamış bir şəxsin təyin olunacağını iddia edir. Səlim Müslümovun və Ənvər Seyidəliyevin vəzifələrindən kənarlaşdırılması isə Kəmaləddin Heydərovun “fövqəlnazir” statusunun itirməsinin son nöqtəsi olacaq.

Bənzər yazılar

Back to top button