Cəmiyyət

“Ceyranlar tarixi vətənlərinə dönürlər”- Ekoloji təbliğat

Ekoloji Informasiya İctimai Birliyi növbəti tədbirini “Ağgöl” Milli Parkına ekskursiya ilə davam etdirdi.
Ekoloji Informasiya İctimai Birliyi 18 iyun 2017-ci il tarixdə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Ceyranlar tarixi vətənlərinə dönürlər” ekoloji təbliğat layihəsinin növbəti tədbirini Ağcabədidəki “Ağgöl” Milli Parkına məktəbli gənclərin maarifləndirici-ekskursiya səfəri ilə davam etdirmişdir.
Ekskursiya tədbirinə Ağcabədi və Bərdə rayonlarından tərəfdaş və müvafiq əlaqədar təşkilatların nümayəndələrilə yanaşı 100 nəfərədək təbiətsevər gənc məktəblilər qatılmışlar. Ekskursiyanın həyata keçirilməsində Ağcabədi rayon İcra Hakimiyyəti ilə yanaşı, Ağcabədi rayon YAP Qadınlar Şurasından Radə Qafarova da tədbirin təşkilində yaxından iştirak etmişlər.
 Layihə rəhbəri, Ekoloji Informasiya İB-nin sədri Musa Muradlı layihənin məqsəd və məramı, ölkəmizin flora və faunasının qorunmasına layihə fəaliyyətlərinin verəcəyi töhvə barədə iştirakçılara geniş məlumat verdi. Layihənin icrasında əməkdaşlıq edilən və görüşə dəvət olunan bütün iştirakçıları salamlayaraq, bildirdi ki, layihədə nəzərdə tutulan fəaliyyətlərin uğurla həyata keçirilməsi üçün təşkilatımızın bütün resursları səfərbər olunmuşdur. Daha sonra, layihənin icrasına cəlb edilmiş mütəxəssis, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi, ekoloq-alim Xosrov Musayev iştirakçı gənclərə müasir ekoloji mühit, ceyranların ölkəmizdə yaşam arealı, nəsli kəsilməkdə olan heyvanat aləminin qorunmasına dövlətimizin göstərdiyi qayğı barədə dəyərli, elmi tövsiyələrini verdi. Tədbirdə iştirakçılara maarifləndirmə materialları olan bukletlər, broşürlər və tədbirin mövzusu üzrə xüsusi sifarişlə hazırlanmış papaq və köynəklər paylandı.
“Ağgöl” Milli Parkının mənzərəsi tədbirə qatılan hər kəsi valeh etdi. Bərdə şəhər məktəblisinin skripkada ifa etdiyi gözəl, həzin musiqi və Ağcabədi rayon Hacıbədəlli musiqi məktəbinin yaradıcı gənclərinn rəngarəng ifaları ilə müşaiyyət olunan tədbir  viktorina qaliblərinə xüsusi təşəkkürnamələrin təqdimatı ilə başa çatdı.
Ekoloji Informasiya İctimai Birliyinin məlumat mərkəzi

Bənzər yazılar

Back to top button