HadisəXəbərlər

Erməni kəşfiyyatçısı ələ keçirildi (RƏSMİ)

Ermənistan silahlı qüvvələrinin təxribat qrupunun üzvü ələ keçirilib.

AzToday.Az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat mərkəzi yayıb.

Məlumatda bildirilir ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin  kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində  müdafiə xəttini keçməyə cəhd göstərib.

Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Bənzər yazılar

Back to top button