Dünya

Ramazan bayramının müddəti 23 gün oldu – Kral əmr imzaladı

Səudiyyə Ərəbistanında ramazan bayramının müddəti kral Salmanın əmrinə əsasən artırılıb.

AzToday.Az xəbər verir ki, bu barədə S. Ərəbistanının rəsmi xəbər agentliyi “SPA” məlumat yayıb.

Məlumata görə, ölkədə iyunun 16-da başlayan ramazan bayramı tətili iyulun 9-da başa çatacaq.

Qeyd edək ki, bundan əvvəl ramazan bayramı 11 gün elan edilmiş, daha sonra əmək naziri tərəfindən 5 gün də artırılaraq 16 günə çatdırılmışdı.

Bu gün isə kral Salmanın imzaladığı əmrlə ramazan bayramı tətili 2-ci dəfə uzadılaraq 23 günə çatdırılıb.

Ramazan və qurban bayramlarında uzun müddətli tətil edən Səudiyyə Ərəbistanında bu bayramların xaricində sadəcə sentyabrın 23-də milli gün münasibəti ilə 1 günlük tətil olur.

 

Bənzər yazılar

Back to top button