Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq

Print Friendly, PDF & Email

Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib.

AzToday.Az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaqdır.

...