Mədəniyyət

“Lider TV” məmur qızını təkzib etdi: ƏSASSIZDIR!

Xəbər verdiyimiz kimi, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı, videoblogger Aysel Şükürova sosial şəbəkədə “Lider TV”-də aparıcılıq edəcəyi barədə məlumat yayıb.

AzToday.Az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı “Lider TV”-nin icraçı direktorunun birinci müavini Lamiyə Ələkbərova ilə əlaqə saxlayıb.

O, saytımıza müsahibəsində bildirib ki, A.Şükürovanın “Lider” telekanalında aparıcı kimi fəaliyyətə başlayacağı xəbəri əsassızdır. Bu barədə rəhbərlik tərəfindən A.Şükürovaya təklif irəli sürülməyib. O, özü də telekanala hansısa layihə ilə bağlı müraciət etməyib.

Bənzər yazılar

Back to top button