CəmiyyətDünya

82 il sonra Ayasofiyada azan oxundu, rəsmi Afina hiddətləndi (VİDEO)

Türkiyənin İstanbul şəhərində uzun illərdir məscid fəaliyyəti dayandırılaraq muzeyə çevrilən Ayasofiyada ötən gecə dini tədbir keçirilib.

AzToday.Az xəbər verir ki, ötən gecə müsəlmanlar qədim məbəddə “Qədr gecəsi” münasibəti ilə tədbir keçiriblər və bu səhər Ayasofiyada sübh azanı oxunub. Keçirilən “Qədr gecəsi” tədbiri və oxunan azan “Diyanet TV” kanalında canlı nümayiş edilib.

Baş verənlərə Yunanıstanın Xarici İşlər Nazirliyi kəskin reaksiya göstərib. Nazirlik yaydığı bəyanatda hadisəni pisəyib:

“Ayasofiyada Diyanətin rəhbərliyi ilə Quran oxunmasını, ibadət edilməsini və bunun televiziyada birbaşa göstərilməsini pisləyirik.”

Bəyanatda Ayasofiyanın UNESCO-nun mədəni irs siyahısında olan bir abidə olduğu xatırladılıb və bu məbədin məscidə çevrilmə cəhdinin beynəlxalq ictimaiyyəti narahat etdiyi vurğulanıb.

Xatırladaq ki, 1453-cü ildə Osmanlı sultanı Fateh sultan Mehmet xanın İstanbulu fəth etməsindən sonra Ayasofiya kilsəsi məscidə çevrilib və 1935-ci ilə qədər bu istiqamətdə fəaliyyət göstərib.

Mustafa Kamal Atatürkün sərəncamı və nazirlər kabinetinin qərarı ilə 1935-ci il fevralın 1-dən muzey kimi fəaliyyət göstərir.

Bənzər yazılar

Back to top button