Hadisə

Bakı İstintaq Təcridxanasında dəhşət – TV kanalını dəyişmək 150 manat…

Zaman-zaman Azərbaycandakı həbsxanalarla bağlı müxtəlif xəbərlər gündəmə gəlir və təssüf ki, bu xəbərlər heç də ürəkaçan olmur. İllər öncə hətta həbsxanalardakı durumun ağır olmasına görə məhbuslar kütləvi şəkildə etiraz edirdi və bu etirazlardan birində hətta təlafatda olmuşdu. Amma sonra aparılan islahatlar nəticəsində müəyyən irəliləyişlər oldu, məhbusların durumu nisbətən yaxşılaşdırıldı. Amma deyəsən vəziyyət yenə də yaxşı deyil. Belə ki, həbsdə olani məhbus, AZEL.TV saytının baş redaktoru Efqan Sadıqov hüquq müdafiəçisi Oktay Gülalıyevə məktub yazaraq Bakı İstintaq Təcridxanasında baş verənlərə aydınlıq gətirib. Məktubda yazılır ki, Kürdəxanı həbsxanasının rəisi Rəşid Səfərov elə qaydalar tətbiq edib ki, bu bir başa məhbusların durumunu çıxılmaz hala gətirir. Məsələn, məhbusun yazdığına görə valideyn və ailə üzvləriylə məhbusun qısa görüşü üçün 150-200 manat pul ödəməlisən. Bundan başqa ;

– Kamerada “pletka” işlədilməsinə icazə üçün hər ay üçün 100 manat;

– Dustaq yanına göndərilən puldan və dustaqların etap üçün Kürdəxanıdan çıxarıldığı və gətirildiyi vaxt axtarış (şmon) otaqlarından yoxlanışdan keçirildiyində üstdən çıxan puldan təxminən 15-20%-i götürülür;

– Evə zəng vurmaq istəyəndə 5 manat ödənilir;

– Televizorda yalnız Az.tv göstərilir. Başqa kanallara baxmaq istəsən isə 150 manat ödəyir və bundan sonra 30 manatlıq aparat quraşdırılır;

– Həbsxanadan cəzaçəkmə müəssisənin göndərilmə(bölgü) vaxtı hər müəssisənin şərait və yerinə görə qiyməti 100-500 manat arası dəyişir;

– Büdcədən dustaqların gündəlik xərcləri üçün ayrılan pulların əvəzinə verilən yeməklər sadəcə olaraq qreçqa (papuqay yeməyi), yaxud perlova olur;

– Günorta yağsız, ətsiz sup. Qarox, makaron, düyü, perlova supu verilir;

– 8 nəfərlik kameraya 12-15 nəfər salınır. “Prostina, balış üzülər” dəyişdirilmir. Hər ay 12-15 nəfərlik kameraya 1 dəfə ümumi 1 kq yağ, 1kq şəkər tozu verilir (payok);

– Qap-qara, içi çiy olan çörək verilir. Çörəyi sıxanda damcı-damcı su süzülür. Dustaqları mədə qıcqırması (joqa) xəstəliyinə salırlar;

Təcridxanasında mağazada qiymətlər isə belədir;

– Bayırda 1 litirlik duru yağ (3man), Kürdəxanıda 4.50man.

– 0.50 qəpiklik əl-üz sabunu 1.50 manat.

– Qalina blanka 1 ədəd-0.50 qəpik.

– 1 qutu (5ədəd) göy paltar sabunu-5 manat.

– 0.50 qəpiklik dəftər-2 manat.

– 5-6 manatlıq kolbasa-12 manat.

– Qatılaşdırılmış süd(skuşonka)-3 manat.

– Kofe 1 ədəd-0.60 qəpik.

– 0.60 qəpiklik makoron, vermeşil-1.80 manat.

– Toyuq 8 manat. Yumurta(zavod)0.30 qəpik.

– Qələm 0.20 qəpiklik-0.60 qəpik.

– Krassvord-1 manat.

– 1 litir qazsız su 0.80 qəpik. Və.s.

P.S. Yazıda adı çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.

10may.az

Bənzər yazılar

Back to top button