Hadisə

Polkovnik-leytenantın yaxınları prezidentə müraciət edir

İtkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlu 1975-ci ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. O müharibənin ilk günündə döyüşdə olub. Sonuncu döyüşü isə Murovda, Ömər aşırımı istiqamətində olub. Ondan sonra polkovnik- leytenantdan yaxınları heç bir məlumat ala bilməyib.

Yaşar Sadıqovun qohumu Lətifə Bayramova deyir ki, Yaşar ən son oktyabrın 2-si ailəsi ilə əlaqə saxlayıb. Daha sonra isə ondan heç bir xəbər alınmayıb.Bir neçə gün sonra isə polkovnik – leytenantın döyüş yoldaşları onun şəhid olduğu xəbərini veriblər. Ailə yas məclisi qursalar da Yaşar Sadıqovun nəşinin ortada olmaması şübhə yaradıb. Oktyabrın 15-i isə yaxınları erməni saytında onların əlində olan şəhidlərimizin videolarını görüblər. Lakin Yaşar Sadıqovun nəşini yox, paqonunu və adı olan plankanı göstəriblər.

Sadıqovun ailə üzvləri lazımi orqanlara müraciət etsə də heç bir nəticə əldə etməyiblər. Onlar prezidentə məktublar yazsalar da heç bir cavab gəlməyib. Son olaraq isə yaxınları prezidentə müraciət ediblər. (Turan)

Bənzər yazılar

Back to top button