“Spike” raketinin ən son versiyası ilk dəfə Qarabağda tətbiq olundu (VIDEO)

Print Friendly, PDF & Email

Ötən gün iyunun 22-də “Paris Airshow” sərgisində İsrailin “Rafael” şirkəti “Spike” taktiki raketlərinin yeni versiyasını ilk dəfə nümayiş etdirib. Virtualaz.org “The Jerusalem Post”a istinadən xəbər verir ki, “Spike LR II” və ya “Spike 2” adlanan yeni raket qurudan buraxılanda 5.5 kilometr, qırıcı təyyarələrdən buraxılanda isə 10 kilometr uçuş məsafəsinə malikdir. Raket İsraildə uğurla sınaqdan keçirilib. Qəzet bildirir ki, “Spike LR II” artıq Azərbaycan-Ermənistan münaqişəsində tətbiq olunur.

12.7 kq ağırlığında olan raket istənilən “Spike” buraxılış qurğusundan buraxıla bilər. Yeni raket süni intellekt imkanlarına, zirehli döyüş maşınlarının aktiv və reaktiv müdafiə sistemlərinə reaksiya vermək, binaları və möhkəmləndirilmiş atəş nöqtlərini məhv etmək qabiliyyətinə malikdir.

“Yeni raket müasir döyüş meydanından gələn çağırışlara cavabı təmin edir və bu silahın inkişafı “Rafael” şirkətinin müxtəlif tipli raketlər üzərində geniş təcrübəsinin, onun qabaqcıl mühəndis təcrübəsinin və İsrail Müdafiə Qüvvələri, habelə xarici ordularla əməkdaşlığının nəticəsidir” “Rafael” şirkətinin icraçı vitse-prezidenti və yerüstü, dəniz sistemləri bölməsinin rəhbəri Moşe Yelazar bildirib.

“The Jerusalem Post” bildirir ki, bu yeni raketin döyüş tətbiqi ilk dəfə bir neçə həftə əvvəl Azərbaycan-Ermənistan münaqişəsində istifadə olunub. Azərbaycanın quru qoşunlarının buraxdığı “Spike LR II” raketi Ermənistanın “OSA” zenit-rbaket kompleksini məhv edib. “Məlumatlara görə “Hizbullah” da bu tip zenit batareyalarına malikdir”-qəzet qeyd edir.

İsrail nəşri Azərbaycan ordusunun “Spike” raketi ilə Ermənistanın “Osa” raketini necə vurduğuna dair görüntüləri də öz saytında yerləşdirib.

Xatırladaq ki, Azərbaycan İsrail hərbi sənayesinin istehsalı olan ən yeni silah nümunələrinin alıcısıdır. Ötən ilin aprelində Azərbaycan ordusu İsraildən alınan “Harop” pilotsuz döyüş aparatının ilk döyüş tətbiqini həyata keçirmişdi.

...