İdman

“Barselona”nın futbolçusu polis evində axtarış apararkən yatdı

“Barselona”nın futbolçusu Samuel Umtiti polis evində axtarış apararkən divanda yuxuya gedib.

Qol.az İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, polislər onun evinə hücumun izlərini axtarıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları fransalı müdafiəçinin evinə gələndə, Umtiti video oyunlar oynayırmış. O, polislərin işə başlamasına razılıq verib, özü isə divanda yatıb qalıb.Polislər öz işini gördükdən sonra oyunçunu narahat etmədən evdən ayrılıblar.

Xatırladaq ki, Umtitinin ötən ilin sentyabrında evi qarət edilmişdi.

Bənzər yazılar

Back to top button