İdman

“Real Madrid”dən ayrılan hücumçu Ərəbistana gedə bilər

İyunun əvvəlində “Real Madrid”dən ayrılan Mariano Dias karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.az xəbər verir ki, 29 yaşlı forvarda “Əl-Şabab” və “Əl-Fateh” klublarından təklif var.

Bu barədə “Marca” məlumat yayıb. Xəbərə görə, Dias Ərəbistana getsə, ilinə 7 milyon avro qazana bilər.

Qeyd edək ki, Dominikan millisinin üzvünün karyerası “Real Madrid”lə bağlı olub. O, 2011-2012-ci illərdə kral klubunun gənclərdən ibarət komandasında, 2012-ci ildən isə əsas komandada yer alıb. O vaxtdan günümüzə kimi cəmi 1 ilini – 2017-2018-ci illər mövsümünü Fransa “Lion”un da keçirib. Qalan illərdə isə elə “Real Madrid”in əsas, C və B heyətlərində çıxış edib. Mariano doğma klubu ilə 13 titul qazanıb.

Bənzər yazılar

Back to top button