Gündəm

PUA üçün yeni ad axtarışı – yeni variant SİYAHISI

Son zamanlar hərb sahəsi ilə yanaşı gündəlik həyatın müxtəlif sahələrində istifadə edilən pilotsuz uçan aparat (PUA) üçün ad axtarışına başlanılıb.

AzToday.Az xəbər verir ki, Türkiyənin “Türk Dil Qurumu”nun (TDK) rəsmi internet portalında bu məqsədlə anket elan edilib.

Kəşfiyyat, müşahidə, səhiyyə, dərman səpələmək, idman, səyahət, reklam və s. bu kimi sahələrdə istifadə edilən PUA üçün TDK anket iştirakçılarına 5 variant təqdim edib.

Həmin kəlmələr belədir:
a. Arıgözü
b. Uçangöz
c. Uçan kamera
d. Uçarçəkər
e. Uçurgör

Qeyd edək ki, anket başa çatsa da hansı kəlmənin seçildiyi hələlik elan edilməyib.

Bənzər yazılar

Back to top button