Mədəniyyət

Mətanət İsgəndərli müqəddəs ziyarətdən qayıdıb (FOTO)

Əməkdar artist Mətanət İsgəndərli ümrə ziyarətindən qayıdıb.

AzToday.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə müğənni Məkkəyə ilk ziyarətini bacısı Sədaqətlə edib. Sənətçi ilə bacısını hava limanında atası qarşılayıb.

Mətanət bu ziyarəti çox böyük həyəcanla keçirdiyini deyib:

“O qədər göz yaşı və Allaha inamla bu ziyarəti etdim ki… İllərdir mən bunu arzulayırdım. İnşallah, davamlı olacaq”.

Qeyd edək ki, Həcc mövsümünün xaricində baş tutmuş Məkkə (Kəbə) ziyarətinə ümrə deyilir.

Allah qəbul eləsin!

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button