İŞİD-dən şok vəhşilik — Gənc anaya körpəsini yedizdirdilər

Print Friendly, PDF & Email

İŞİD terror qruplaşmasının insanlığa sığışmayan cinayətləri davam edir.

AzToday.Az xəbər verir ki, qruplaşmanın qandonduran vəhşiliyi barədə İraq parlamentinin qadın millət vəkili Vian Daxil məlumat verib. Məlumata əsasən İŞİD terrorçuları acından ölmək üzrə olan bir qadına 1 yaşlı oğlunu bişirib yediriblər.

Gənc bir qadını seks köləsinə çevirmək istəyən terrorçular onu qaçırırlar. Sonra isə 3 gün ac və susuz saxlayıblar. Sonra isə qadına plov və ət verilib. Qadın acından ölmək üzrə olduğu üçün yeməyi yeyib. Sonra isə qadına “Bir az əvvəl 1 yaşlı oğlunun ətini yedin. Onu bişirib sənə yemək hazırladıq”-deyiblər.

Başqa bir hadisədə isə İŞİD terrorçuları 10 yaşlı qızın meyitini atasının gözləri qarşısında zorlayıblar. Sonra isə biçarə atanın digər 5 qızına da təcavüz ediblər.

Ölke.az

...