Hadisə

SOCAR-ın qayığı qəzaya uğradı – yaralılar var

Ötən gün SOCAR əməkdaşlarının olduğu qayıq Xəzər dənizində qəzaya uğrayıb.

AzToday.Az xəbər verir ki, bu barədə məlumatı SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Məlumatda bildirilir ki, iyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirib və 34 saylı meydançanın ayağına toxunub.

Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bənzər yazılar

Back to top button