Sumqayıtda 23 yaşlı oğlanı öldürüb meyitini qamışlığa atıblar

Print Friendly, PDF & Email

Sumqayıtda qətl törədilib.

AzToday.Az xəbər verir ki, apa-nın məlumatına görə, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisindəki qamışlıqda üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində onun şəhər sakini, 1994-cü il təvəllüdlü Taleh Azər oğlu Babazadə olduğu müəyyən edilib.

Hazırda polis və prokurorluq əməkdaşları T. Babazadəni öldürən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

...