GündəmHadisə

“Qanuni oğru”ların “proqonu”: Lotu Bəxtiyar, Rövşən Lənkəranski, Lotu Qulinin FƏTVASI – FOTOLAR

Kriminal aləm öz qəti qaydaları və geri çevrilməsi çətin, bir çox hallarda mümkünsüz olan “qanunları” ilə tanınır. Bunlardan biri də “oğru dünya”sında tez-tez də olmasa qəbul edilən “proqon”dur. “Proqon” (fitva) onu vermək səlahiyyətində olan bir və ya bir neçə “qanuni oğru” tərəfindən imzalanır və əsasən həbsxanalarda, eləcə də “oğru” dünyasının tanınmış nümayəndələri arasında yayılır. “Proqon”lar əsasən hansısa “oğru”nun cəzalandırılması məqsədilə verilir və “oğru” səlahiyyətinin alınmasını əhatə edir. Bununla yanaşı cavab “proqon”ları da olur ki, burda qarşı tərəf məsələ ilə bağlı öz mövqeyini açıqlayır.

Azərbaycanlı “oğru”lardan Lotu Bəxtiyar, Rövşən Lənkəranski, Lotu Quli ləqəbli Nadir Səlifovun imzaladığı “proqon”lar var. Bəzi iddialara görə, 2013-cü il sentyabrın 9-da Rusiya həbsxanalarındakı 34 “oğru”nun imzası ilə Lənkəranski haqqında “proqon” qəbul edilib. Ancaq “proqon” icraya yönəldilməyib və R.Lənkəranskinin statusunda heç bir dəyişiklik olmayıb. Buna görə də “proqon” barədə məlumatın bilərəkdən yayıldığı və əslində heç bir proqonun olmadığı söhbətləri ortaya çıxıb. Həmçinin Lotu Qulinin R.Lənkəranski barədə Azərbaycan və Rusiya həbsxanalarına bir neçə il əvvəl “proqon” göndərdiyi deyilir. Həmin “proqon”un əsli yayılmasa da, mətni ilə bağlı bəzi iddialar var. İddalara görə, “proqon” mətni belə olub: “Hər vaxtınız xeyir olsun, məhbuslar. Sizə və Oğru Evinizə rifah və sülh diləyirəm. Ən xoş hisslərlə sizi oğru qardaşlar adından salamlayıram. Əvvəlcə sizlərə bir-birinizlə mehriban və ayrılmadan yaşamağı arzulayıram. Oğru qanunlarına uyğun nümunəvi məhbus həyatı yaşayan məhbus kimi sizlərin də bu müqəddəs qanunlara hörmətlə yanaşdığınızı bilirəm. Həmçinin, bildiyiniz kimi, oğru proqonları məhz oğrular tərəfindən verildiyinə görə, bir oğru kimi mənim proqonuma da hörmətlə yanaşacağınızı bilirəm. Kim oğru qanunlarını tapdalayacaqsa, onun cəzası da oğru qanunlarıyla veriləcək. Aramızda bir sıra problemlər olub, var və olacaq. Amma biz bütün problemləri öz qanunlarımızla həll edəcəyik. İndilikdə isə sizə Rövşən Lənkəranskiylə bağlı məqamı çatdırmaq istəyirəm. Hamınız biləsiniz ki, Rövşən Lənkəranski heç kimdir və o, adı öz üzərinə götürə bilməz. Bu, oğruların qərarıdır. O ki qaldı Hacı (“Beyləqanski”) və Rüfətə (“Gəncinski”) onlar yalançıdırlar. Belə yaramazlar bütün zamanlarda olub və onlardan bütün ciddiliklə hesab tələb ediləcək. Sizə uğurlar və qızıldan da qiymətli olan azadlığı arzulayıram. Özünüzü və oğru ideyalarınızı qoruyun. Bu proqon Azərbaycanın və Rusiyanın bütün həbsxanalarına yayılsın. Ən xoş arzularla Oğru Quli”.

Cebhe.info

Bənzər yazılar

Back to top button