Hadisə

Ucarda dəhşət! 58 yaşlı kişi qumarda uduzdurduğu azyaşlı uşaqları zorladı

Ucar rayonunun Bərgüşad kəndində tükürpədici hadisə baş verib.

AzToday.Az xəbər verir ki, kənd sakinlərinin A24.Az-a verdiyi məlumata görə hadisə bir neçə ay əvvələ qədər davam edib. Beləki 58 yaşlı Allahqulu adlı şəxs azyaşlılara qarşı seksual hərəkətlər edib. O, 10-14 yaşarası oğlan uşaqları ilə qumar oynayaraq uduzanlarla cinsi əlaqədə olub. Uşaqlar da qumarın bədəli olduğu üçün bu barədə heç kəsə məlumat verməyib. Daha sonra bu hadisədən xəbər tutan digər bir şəxs hadisəni sosial şəbəkədə paylaşıb.
Bundan sonra kənd sakinləri və hüquq mühaizə orqanları məsələdən xəbərdar olub. Sakinlərin verdiyi məlumata görə, manyak polislər tərəfindən saxlanıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmanın davam etdiyini bildiriblər.

Bənzər yazılar

Back to top button